Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkmən partiyasının sədri Bakıda görüş keçirib



Azərbaycanda səfərdə olan İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevlə görüşüb. Partiyanın qərargahında baş tutan görüşdə partiyalar arası əməkdaşlıq məsələləri müzakirə olunub. 

Partyanın mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, ALDP ilə Türkməneli Partiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

ALDP sədri F.Əliyev bildirib ki, İraqda yaşayan türkmənlər azərbaycanlıların qan qardaşlarıdır: 

“Regionda baş verən məlum proseslərin türkmən qardaşlarımızdan yan keçmədiyi və onların başlarına gətirilən müsibətlərdən xəbərimiz olsa da, bu vaxta qədər onlara mənəvi dəstək ola bilməmişik. Türkmənlərlə bağlı məlumatları yalnız beynəlxalq mətbuatdan izləmişik. Ümid edirəm ki, bundan sonra aramızda yaranacaq isti əlaqələr bizi İraq türkmənlərinin həyatı ilə yaxından maraqlanmağımıza stimul verəcək”.

Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya bu əlaqələrin gələcəkdə daha geniş formada davam edəcəyinə əminliyini vurğulayıb: 

“Azərbaycana çoxdan gəlmək arzumu nəhayət, bu dəfə reallaşdırdım. Bakı düşündüyümdən də əzəmətli şəhərdir, hətta mən Avropanın ən möhtəşəm şəhərlərindən də üstün tuturam”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений