Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Yeni Türkmənbaşı" güc strukturlarının rəhbərlərini dəyişdi



Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov milli təhlükəsizlik naziri, polkovnik Dovrangəldi Bayramovu “işində buraxdığı ciddi çatışmazlıqlar” səbəbindən vəzifəsindən azad edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bundan başqa, Berdiməhəmmədov müdafiə naziri və sərhəd xidmətinin rəisini də vəzifəsindən azad edib.

Yeni milli təhlükəsizlik naziri 2011-2015-ci illərdə bu postu tutan general-polkovnik Yaylım Berdiyev təyin edilib.

Yeni müdafiə naziri sərhəd xidmətinin keçmiş rəisi general-mayor Beqenç Qundoqdıyev, sərhəd xidmətinin rəisi isə müdafiə nazirinin sabiq müavini polkovnik Şadurdı Durdıyev olub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений