Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkmənistan hökumətindən növbəti ilginc qərar



Cari ildən etibarən Türkmənistandakı bütün dövlət müəssisələri  ən azı 3-6 nəfərlə velosiped yarışında iştirak etməlidir.

Cebhe.info “Azadlıq” radiosunun Aşqabad bürosuna istinadən xəbər  verir ki, Türkmənistanda  bəzi təşkilatlar  velosiped almağa qərar verib.

Artıq müəssissələr veloturda iştirak edəcək əməkdaşlarını velosipedlə təmin etmək üçün pul ödəmək məcburiyyətində qalıb.  Türkmənistanda velosiped zavodu olmadığından bu nəqliyyat vasitəsi xaricdən gətirilir.

Ona görə də işçilər hər velosiped üçün 3000-4000 manat ödəməli olur. Həmçinin, velosiped üçün  ödənilən məbləğ müəssisələrdə çalışan və yarışa qatılacaq işçilərin sayından asılıdır.  Dövlət qulluqçuları da öz iş yerlərini itirməmək üçün rəhbərliyinə etiraz etməməyə üstünlük verir və pulu məcburən ödəyir. 

Rəhbərliyin təlimatına əsasən, satın alınacaq velosipedlər mütləq ağ rəngdə olmalıdır.

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений