Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Tutanhamonun zərgərinin 3500 illik məzarı tapıldı



Cənubi Misirdəki Luksor yaxınlığında, kraliyyət zərgərinə, həyat yoldaşına və iki uşağına aid 3500 illik bir məzar tapılıb. 

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, bu məzarın Amenemhat və xanımı Amenhotepe aid olduğu deyilir. Qəbirdəki insanlar Misirin 18-ci xanədanlıq dövründə yaşayıblar.
 
Məzarın içində iki otaq yerləşir. Bu otaqlardan biri yəqin ki, Amenemhat və Amenhotepin mumiyaları üçün qazılmışdı. Arxeoloqlar mumiyalar, sarkofaqlar və taxtadan yonulmuş cənazə maskaları ilə zərgər və həyat yoldaşının kiçik heykəllərini tapıblar.
 
Həmçinin başqa bir məzar bölməsində, bir qadın və iki yetkin uşağının mumiyaları aşkar olunub. Arxeoloqlara görə ana, təxminən 50 yaşlı, bakteriyal sümük xəstəliyindən ölüb. İki oğlu 20 və 30 yaşlı və bədənləri yaxşı vəziyyətdə qorunub saxlanılıb.
 
Məzarda hələ yerləri müəyyən edilməyən dörd dövlət məmuruna aid başqa məzarların da olduğunu göstərən müxtəlif çəlumatlar var.
 
Rəsmi şəxslər dövrün ən güclü tanrısı Amon üçün zərgərlik edən Amenemhat məzarının, məbəd və qəbiristanlıq sahələri ilə məşhur Draa Abul Naga nekropolunda yeni kəşflərə yol açacağını düşünür.

Məcid
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений