Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ucarın 11 kəndinə içməli su verilib (FOTO)



Ucarın 11 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

“Azərsu” ASC-dən verilən məlumata görə, 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

Ucar rayonunun Müsüslü kəndində keçirilən tədbirdə Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Şirvan bölgəsində yerləşən Ucar rayonunda məhsuldar su mənbələri olmadığından içməli su təchizatı həmişə aktual olub. Son illər həyata keçirilən layihələr çərçivəsində rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərə də keyfiyyətli suyun verilməsi təmin edilib.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində icra olunan içməli su layihələri barədə məlumat verib. Bildirib ki, Külüllü su qurğuları kompleksinin tikintisi və ətraf rayonlara magistral su xətlərinin çəkilməsi Şirvan bölgəsində 200 minədək sakinin keyfiyyətli içməli su ilə təminatına imkan yaradıb. Sədr müavini ölkə başçısının sərəncamına əsasən 170 kənddə su təchizatı infrastrukturunun yaradıldığını və kəndlərin böyük əksəriyyətinə içməli suyun verildiyini bildirib, bu sahədə işlərin növbəti illərdə də davam etdiriləcəyini vurğulayıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений