Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ÜDM istehsalı artıb 



2018-ci ilin yanvar-aprel aylarında ölkə rezidentləri tərəfindən 22969,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 1,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Məlumat Cebhe.info-ya Dövlət Statistika Komitəsindən verilib.

Bildirilir ki, bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 9,5 faiz, informasiya və rabitə sahələrində 7,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 3,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, sənayedə 1,1 faiz, digər xidmət sahələrində 0,8 faiz artmış, tikintidə isə 10,4 faiz azalıb.

İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artıb, neft sektorunda isə 0,1 faiz azalıb. Əhalinin hər nəfərinə düşən ÜDM 2346,0 manata bərabər olub.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений