Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

UEFA ilin rəmzi komandasının açıqladı



UEFA-nın saytında 2017-ci ilin rəmzi komandasını müəyyənləşdirmək üçün keçirilən sorğu başa çatıb.

Rekord.az xəbər verir ki, sorğu oxucular arasında keçirilib. İlin komandasında Madrid “Real”ının 5 futbolçusu yer alıb:

Qapıçı: Canluici Buffon (Yubentus); 

Müdafiəçilər: Dani Alveş (PSJ), Serxio Ramos, Marselo (hər ikisi “Real”), Corcio Kyellini (Yuventus); 

Yarımmüdafiəçilər: Kevin De Bruyne (Mançester Siti), Toni Kroos, Luka Modriç (hər ikisi “Real”), Eden Hazard (Çelsi); 

Hücumçular: Lionel Messi (Barselona), Kriştiano Ronaldo (Real).

Bu heyətdə yer alanlar arasında isə ən çox səs toplayan “Real”ın müdafiəçisi Serxio Ramos olub. O, saytın ziyarətçiləri tərəfindən 588 315 səs qazanıb.

Ramosdan sonra bu siyahıda ikinci yeri elə onun komanda yoldaşı Marselo tutub - 558 495 səs. “Barselona”dan Lionel Messiyə 477 36 səs verilibsə, Kristiano Ronaldo 444 430 səs toplayıb.

Bütövlükdə, ilin komandası ilə bağlı sorğuya 798 min 149 respondent qatılıb, 8 779 639 səs verilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений