Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

UEFA-nın reytinqi açıqlandı - Millimiz yerində saydı



2018-ci ilin ilk UEFA reytinqi açıqlanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin 2, Avropa Liqasının isə 1/16 final mərhələsinin 1 oyunundan sonra açıqlanan reytinq siyahısında mövqe dəyişikliyi olmayıb.

Bütün təmsilçiləri avrokuboklarda mübarizəni dayandırmış Azərbaycanın da mövqeyi toxunulmaz qalıb. Ölkəmiz əvvəlki kimi 23-cü pillədə qərarlaşıb. 2017/18 mövsümündə 4,375 xal qazanan Azərbaycan son 5 ilin nəticələrinə görə 19,125 xala malikdir.

Rusiyanın ÇSKA klubu ilə ev oyununda qolsuz heç-heçə edən "Srvena Zvezda” Serbiyanın aktivinə 0,250 xal qazandırıb. Bununla da 26-cı olan balkanlılar Azərbaycanla fərqi azaldıb. Hazırda Serbiya ölkəmizdən 0,875 xal geri qalır.

Cədvələ İspaniya (100,426 xal) başçılıq edir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений