Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ukrayna qışa qələbə ilə getmək istəyir: Prezidentin seçki hədəfi və...



İyunun 20-də dünya mətbuatı Ukrayna ordusunun Donbasda hücuma keçdiyi barədə məlumatlar tirajlamağa başladı. Məlumatlarda qeyd olunurdu ki, Ukraynanın hərbi birləşmələri hazırda separatçıların nəzarətində olan Luqansk vilayətinə iki kilometrə qədər irəliləyib. 

Sözügedən ölkənin yerli KİV-ləri bu məlumatın Ukrayna Birləşmiş Qüvvələri Əməliyyat Qərargahı mətbuat mərkəzinin “Facebook” səhifəsində yayıldığını yazdı. Verilən informasiyalarda qeyd olunurdu ki, hərbi komandanlıq əməliyyatı separatçı yaraqlıların Jelobok kəndi yaxınlığındakı ordu mövqelərinə yaxınlaşmasından sonra həyata keçirib. Yəni qərara alınıb ki, təhlükəsiz zolaq yaratmaq məqsədilə mövqelər daha irəli çəkilsin.

Əməliyyat iki həftə ərzində aparılsa da, mətbuatdan gizli saxlanılıb. Əməliyyat zamanı birinci eşelon briqadalarından birinin müdafiə sahəsində iki kilometrə qədər dərinlikdə təhlükəsiz zolağın yaradılması məqsədilə kompleks tədbirlər həyata keçirilib. 

Ekspertlər hesab edir ki, bu addım iki ölkə arasındakı soyuq münasibətləri daha da pisləşdirə bilər. İddia olunur ki, rəsmi Kiyevin bu həmləsini Rusiya tərəfi cavabsız qoymayacaq. Siyasətçilər qeyd edir ki, hələlik başı ölkəsindəki dünya çempionatına qarışan rəsmi Moskva ola bilsin ki, mötəbər futbol turnirinin başa çatmasını gözləyəcək. Vurğulanır ki, heç bir hakimiyyət ölkəsində beynəlxalq yarışlar keçirilidiyi vaxt diqqəti başqa məcraya çəkmək istəməz. Həmçinin Kreml belə bir məqamda Ukrayna ilə yenidən savaşa girib bütün dünya ölkələrinin qəzəbini qaznmaq istəmir. Bu səbəbdəndir ki, Vladimir Putin adminstrasiyası Ukraynanın bu addımına cavabı dünya çempionatından sonra verəcək. Amma istisna hallar da var. Belə ki, rusiyalı politoloqların fikrincə, hələlik humanistlik nümayiş etdirən rəsmi Moskva Ukraynanın təxribatları davam etdityi təqdirdə gözləmə mövqeyindən əl çəkib cavab vermə taktikasına keçəcək. Bir müddət əvvəl Rusiyada futbol üzrə dünya çempionatı balşamazdan əvvəl Ukraynanın yaxın vaxtlarda Rusiya ilə sərhəd zonalara hücum edəcəyi ilə bağlı kəşfiyyat məlumata sahib olduğu barədə informasiyalar yaymışdı. Bundan sonra Kreml hökuməti də əraziyə çoxlu texnika yığmağa başladı. Ukraynanın uzun zamandan sonra bu cür addım atmasını Qərb siyasətçiləri bir çox səbəblərlə bağayır. İddia olunur ki, Ukrayna bu addımı Qərbin istəyi ilə atıb. Başqa bir versiya isə Ukraynanın bununla dünya çempionatı zamanı Rusiyanı təxribata çəkmək istəyinin olmasıdır. 

Bəs görəsən bu iddialar nə dərəcədə reallığı əks etdirir?

Məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında sadalanan səbəbləri təsdiqləmədi. O, Ukraynanın adıçəkilən ərazilərə hücumunu belə əsaslandırdı: 

"Ukrayna ordusu taktiki addlımlar atır, boş zonaları ələ keçirir. Bu Ukrayna ordusu üçün ona görə vacibdir ki, soyuq aylara qədər təmas xəttində strateji yüksəklikləri ələ keçirsin. Bu Ukraynanın müstəsna hüququdur. Ukrayna Donbassda separatizmə son qoymaq istəyir. Bu çətindir. Çünki Rusiya Donbass separatçılarına dəstək verir. Buna baxmayaraq, Ukrayna separatçılarının problemlərini artırmağa çalışır. Bu həm də onunla əlaqəlidir ki, Ukrayna ordusu getikdəc güclənir və yeni hərbi texnika ilə təhciz olunur. Digər tərəfdən Ukraynada gələn il prezident seçkisi keçiriləcək. Poroşenko uğurlu hərbi əməliyyatlarla reytinqini artırmağı hədəfləyir".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений