Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ukraynada azərbaycanlı quldur-mafioz saxlanıldı - Azərbaycan axtarışa verib+ Foto



Ukraynada Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində kriminal qruplaşmalardan birinin lideri olan Azərbaycan vətəndaşını yaxalayıb

 Virtualaz.org-xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bildirir.

“Azərbaycan bu cinayətkarı ağır və xüsusilə ağır cinayətlərə, o cümlədən mütəşəkkil cinayətkar dəstənin tərkibində odlu silah tətbiq etməklə quldurluq əməli törətməyə görə məsuliyyətə cəlb etmək üçün beynəlxalq axtarışa verib”-deyə məlumatda deyilir.

Əməliyyatçılar Azərbaycan vətəndaşının yerini müəyyən ediblər və onun yaxalanması üçün əməliyyat keçirilib. Həmin mafiozun Ukraynanın mərkəzi regionlarından birində kiçik qəsəbədə yaxalandığı bildirilir. Saxlanılan şəxsin kimliyi barədə məlumat verilmir.

Hazırda onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений