Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

UNEC-də Startap Günləri keçiriləcək



Mayın 25-də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, UNEC və Startap Azərbaycan Təşkilatının birgə təşkilatçılığı ilə Startap Günlərinə start veriləcək.

Startap Günləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə reallaşacaq.

Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına və internet biznesin inkişafına təkan verməkdir. Eyni zamanda, milli startap infrastrukturunu inkişaf etdirmək və tələbələrə bu istiqamətdə metodiki dəstək göstərmək də layihənin prioritetləri sırasındadır.

İki gün davam edəcək Startap Günləri UNEC-in tələbələrinə yerli startap sahibləri, tanınmış ekspert və nüfuzlu İT şirkətlərinin rəhbərləri ilə görüşmək imkanı yaradacaq. Tələbələrə startapların təqdim edilməsi, layihələrin ilkin versiyalarının və prototiplərinin hazırlanması mövzusunda təlimlər keçiriləcək.

Startap Günlərində tələbələrin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının müsabiqəsi də keçiriləcək. Tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıraraq, mentor və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda öz layihələrini təqdim etməklə yarışmaya qatılan tələbələrin ideyalarını peşəkar münsiflər heyəti qiymətləndirəcək.

Qalibləri qiymətli hədiyyələr, diplom və sertifikatlar gözləyir.

Startap Günlərində iştirak etmək istəyən tələbələr UNEC Karyera Mərkəzinə müraciət edə bilər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений