Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Unitazdan on minlərlə avro tapıldı



İsveçrə prokurorları on minlərlə avro dəyərində əskinasların tualet unitazlarına atılmasının səbəbini araşdırır. 

500 avro (600 dollar, 1011 manat) dəyərində olan əskinazlar kəsilmiş halda UBS bankının filialı və yaxınlıqda yerləşən üç restoranın tualetlərində tapılıb. Əskinasların unitazlara atılması nəticəsində tutulmuş boruların təmizlənməsinə minlərlə frank dəyərində pul xərclənib.

Güman edildiyinə görə, yüksək nominalı olan avro əskinazları qeyri-qanuni fəaliyyəti asanlaşdıra bilər. Bu səbəbdən həmin əskinazların 2018-ci ildə dövriyyədən çıxarılması nəzərdə tutulur.

Qeyd edilən banknotlar hüquqi baxımdam pul vəsaiti sayılsa da, Avropa Mərkəzi Bankı onların çapını dayandırıb, Avropa Komissiyası xətti ilə həmin əskinazların istifadəsi ilə bağlı araşdırılma aparılır.

Pul əskinazını məhv etmək İsveçrədə cinayət sayılmır, lakin yerli prokurorlar məsələnin araşdırıldığını təsdiqləyib. "Əskinasların mənşəyi və cinayətdə istifadə edilib-edilmədiyini müəyyən etməyə çalışırıq", - Cenevrə prokurorluğundan Vinsent Derond  BBC-ə bildirib.

"Aydındır ki, çox təəccüblü bir hadisədir", - prokurorluq rəsmisi belə deyib.

Hadisə ilə bağlı dindirilmələrin aparılması barədə yerli mətbuatda dərc olunmuş xəbərləri  V. Derond şərh etməyib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений