Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Uşaq bağçasında "kasıblar qrupu"na haqq qazandırdı - “Müasir dünya belədir”



Bakıda uşaq bağçasında "kasıblar qrupu" yaradılması ilə bağlı məlumatlar yayılıb. 

Cebhe.info xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov hesab edir ki, əgər bağça kommersiya obyektidirsə bu pis deyil:

“Büdcədən maliyyələşən bağçadırsa və Təhsil Nazirliyinə aiddirsə və qeyri-rəsmi yaradılıbsa, əlbəttə bu araşdırılmalı və tədbir görülməlidir. Kommersiya tipli başçalarda isə qruplar minimal normalar çərçivəsindən aşağı olmamaqla dərəcələşdirilə bilər. Yəni əlavə xidmətlər, əlavə şərait olan qrup üçün qiymət baha, daha az xidmət olan üçün isə ucuz ola bilər. Kimsə deyəcəksə ki, yox bu ədalətsizlikdir, valideynləri, nə bilim uşaqları aşağılamaqdır onda həmin adam getsin milyarderlər məhəlləsində özünə ev tiksin.

Müasir dünya belədir. Təyyarədə uçanda biri birinci siniflə, digəri bizneslə, əksəriyyət isə ekonom sinif tarifi ilə uçur. Hətta Lowcoster təyyarədə belə yanaşı oturduğuna yaxşı yeməklər verirlər, sən isə cibindən peçenye çıxarıb yeyirsən (ödəməmisən və ya ödəmək istəmirsən). Orta məktəblər arasında havayı olanlar da var pullusu da (pulsuzu dövlət təmin etməlidir)... Hər yerdə bütün xidmətlərdə VİP xidmət də var, premiumda, ondan aşağı da... Adət edin, sosialızm yoxdur. Onda da VİP var idi, amma gizli…” 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений