Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirilib - FOTOLAR



Tanınmış uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib.

Cebhe.info xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Binə qəsəbə Mədəniyyət Mərkəzində keçirilən tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda kiçik yaşdan kitaba və mütaliəyə marağın artırılmasıdır.

Tədbiri giriş sözü ilə Xəzər rayon MKS-in direktoru Elmara Məcidova açaraq G.İbrahimovanın həyat və yaradıcılığı haqqında məlumat verib. 

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova çıxış edərək uşaqların inkişafında, təhsilində belə tədbirlərin əhəmiyyətini qeyd edib, bu sahədə uşaq ədəbiyyatının xüsusi rolunu vurğulayıb.

Görüşdə Gülzar nənə uşaqlara öz şeirlərini səsləndirib, bağça və məktəbli uşaqların fəal iştirakı ilə maraqlı interaktiv, əyləncəli oyunlar keçirib. Balacalar “Turp” nağılını səhnələşdirib, “Odlar yurdu” rəqs ansamblının kiçik üzvlərinin ifaları tədbiri daha da rəngarəng edib.Sonda uşaqlara onlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülzar İbrahimovanın çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var. O, istedadlı bir nasir kimi, uşaq ədəbiyyatı aləmində “Gülzar nənə” təxəllüsü ilə tanınır. “Sehrli dünya” jurnalının baş redaktorudur, 50-yə yaxın uşaq kitabının müəllifidir. 

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений