Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Uşaqlara bu dərmanlar nə vaxt yazıla bilər? - Həkim həyəcan təbili çalır



Pediatr Vaqif Qarayev Cebhe.info-ya açıqlamasında bildirib ki, immun sistemini möhkəmləndirən dərmanların mütəmadi, yaxud da istənilən vaxt qəbulu düzgün deyil:

“Hər gün sosial şəbəkələrdə, toyda, yasda valideynlər immun sistemini möhkəmləndirmək üçün dərmanlar yazmağı xahiş edirlər. İmmun preparatları immun çatışmazlığı hallarında yazılmalıdır. İrsi-genetik, müxtəlif alergik xəstəliklər zamanı immun sistemi zədələnə bilər. Belə hallarda, hətta, molekulyar-genetik səviyyədə ciddi müayinə tələb olunur. Yalnız bu zaman immun sisteminin hansı zəncirinin zədələndiyini müəyyənləşdirmək mümkün olar”.

Pediatrın sözlərinə görə, uşağın qidalanması və yatmasının pis olması, tez-tez xəstələnməsi immun sisteminin zəif olmasından xəbər vermir: “Apteklərdə immun sistemini möhkəmləndirən dərmanları almayın. Uşaq düzgün və keyfiyyətli qidalanmalı, təmiz havada gəzməli, idmanla məşğul olmalıdır. Bu zaman uşağın immun sistemi zədələnməyəcək”.

Nigar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений