Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Uşaqlarınızı Pinqivinlərlə sevindirin



Yeni İl bayramında Pinqivinlər balacalarla görüşə gəlir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yeni il şənlikləri davam edir. Teatrın mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, şənlik münasibəti ilə hazırlanan “Rəqs edən pinqvinlər” adlı səhnə əsərinin müəllifi və rejissoru Anar Sadıqov, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.

Maraqlı dekorasiyası, nağılvari tərtibatı və maraqlı obrazları ilə uşaqları sevindirəcək tamaşanın rəssam işi əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna, rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur.

Tamaşada əməkdar artist Elxan Quliyev və aktyor Mətləb Abdullayev (Şaxta Baba) aktrisalar İlahə Həsənova (Qar qız), Rada Nəsibova (Nono), əməkdar artistlər Əlvida Cəfərov (Toto), Şəlalə Şahvələdqızı (Lolo), Mehriban Xanlarova (La), Mirzə Ağabəyli və aktyor Elnur Qədirov (Luz), aktrisa Firuzə Balayeva (Yoyo) və aktyor Rüstəm Rüstəmov (Panda) çıxış edir. Yeni il şənlikləri 23, 24, 28, 29, 30, 31 dekabrdan yanvarın 7-dək hər gün dörd seansda təqdim olunur. Seanslar saat 11:00, 13:00, 15:00 və 17:00-da keçirilir. 

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений