Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Vahid Əhmədov rəsmilərdən açıqlama tələb etdi



“Son zamanlar Azərbaycan Beynəlxalq Bankı ilə mətbuatda çoxlu məlumatlar yer alır. Bu, bankda vaxtı ilə baş verən proseslər çox ciddi problemlərə gətirib çıxarıb”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov bildirib. O qeyd edib ki, Azərbaycan rəsmiləri yaranmış vəziyyətlə bağlı dövlət televiziyasında vəziyyətə aydınlıq gətirməlidir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı Nyu-Yorkda bankrot elan olunmağı üçün məhkəməyə müraciət edib. Azərbaycan Beynəlxalq Bankı bu addımı özünün 3,3 milyard dollar həcmindəki borcunun restrukturizasiyasına yardım almaq üçün atıb. Müraciət geniş müzakirələrə səbəb olmaqla yanaşı, bir sıra müəmmalara da yol açıb. Belə ki, bankın nə üçün Nyu-York məhkəməsinə müraciət etməsi suallar yaradıb, bunun hüquqi proseduraları ilə bağlı çoxlu sayda təzadlı fikirlər var. Beynəlxalq Bank məhkəmə tərəfindən bankrot elan olunarsa, bunun ölkə iqtisadiyyatına və hər kəsi yaxından maraqlandıran problemli kreditlərə nə dərəcədə təsirinin olacağı çoxsaylı müzakirələr sırasındadır. Müraciəti əsasən, ölkə iqtisadiyyatının ağır durumu ilə əlaqələndirənlər çoxluq təşkil edirlər. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений