Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Validə Abbasova isveçrəli sevgilisi ilə Bakıda - FOTO - VİDEO



Uzun illərdir ölkədən kənarda yaşayan “Miss Millennium” gözəli Validə Abbasova Bakıdadır.

Cebhe.info xəbər verir ki, vətənə səfəri zamanı modeli qızı Kamilla Məmmədzadə və isveçrəli sevgilisi müşayiət edib.

Paytaxtda yerləşən lüks otellərdən birində yerləşən Validə Abbasova atası ilə görüşündən fotosunu “İnstagram” izləyiciləri ilə bölüşüb. O, həmçinin Bakıda çəkdiyi videoları da səhifəsində yerləşdirib. 

Qeyd edək ki, Validə Abbasova istirahət və səyahət etməyi çox sevir. Onu səfərləri zamanı qızı ilə yanaşı, gənc və yaraşıqlı əcnəbi sevgilisi müşayiət edir. 

Bir çoxlarına Validə Abbasovanın sevgilisinin kimliyi maraqlıdır. Amma model sevgilisi, ümumiyyətlə ailəsi ilə bağlı danışmağı sevmir.

Bizə isə məlum olan odur ki, V.Abbasovanın sevgilisi İsveçrə vətəndaşıdır. Özünün şəxsi biznesi var. Eyni zamanda, dövlət işində çalışır. Həmin gənc valideynlərini uşaq yaşlarında itirib.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений