Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Valideynlər narazıdır: “Evakuasiya edilməsin, cərimə yazılsın”- MÜMKÜNDÜR?



Hər il olduğu kimi cari dönəmdə də məktəb mövsümünün başlanması ilə evakuasiya edilən avtomobillərin sayı artır. Bu vəziyyət isə  valideynlərin narazılığına səbəb olur. Belə bir sual yaranır: Olmaz ki, avtomobil evakuasiya edilməsi əvəzinə sürücüyə yerindəcə cərimə protokolu yazılsın? 

Nəqliyyat eksperti Ərşad Hüseynov Cebhe.info-ya açıqlamasında bu məsələyə münasibət bildirib. 

Ə.Hüseynov qeyd edib ki, qanunların bu qədər sərt olması müsbət haldır: “Avtomobilin evakuasiyası əvəzinə yerindəcə sürücüyə cərimə yazılması kimi təkliflər verilir. Bu, müxtəlif şəxslərin məsələyə fərdi yanaşmasıdır. Övladını məktəbə gətirən valideyn avtomobilini saxlayaraq yolu kəsibsə, evakuator nəqliyyat vasitəsini ərazidən uzaqlaşdırmalıdır. Qayda-qanunun bu cür sərt olmasının tərəfdarıyam. Əks halda vəziyyət daha da pis olacaq”. 

Ə.Hüseynov bildirir ki, sürücü yolu kəsirsə, tıxacın yaranmasına səbəb olursa, piyadalara mane olursa, onun avtomobili evakuasiya edilməlidir. 

Ekspertin sözlərinə görə, avtomobil boş küçədə saxlanıbsa, yol hərəkətinə mane olmursa, həmin nəqliyyat vasitəsi evakuasiya edilməməlidir: “Dəfələrlə məktəblərin qarşısında avtomobillərin yaratdığı tıxacları müşahidə etmişəm. Avtomobili 200 metr aralıda saxlamaq lazımdır ki, bu cür arzuolunmaz hallar yaranmasın”. 

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений