Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Valideynləri ilə toydan qayıdan 6 yaşlı uşağı maşın vurdu - Ağstafada



Ağstafada 6 yaşlı oğlanı maşın vurub. 

APA-nın xəbərinə görə, hadisə Ağstafa şəhərində “Fuad” şadlıq sarayının qarşısında qeydə alınıb.

Poylu kənd sakini, 2011-ci il təvəllüdlü Muğalov Turan Naib oğlu yolu keçərkən avtomobil onu vurub. Uşaq dərhal Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, uşaq valideynləri ilə şadlıq sarayında keçirilən toy şənliyindən çıxıb yolu keçən zaman avtomobil onu vurub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений