Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Vəkillər Kollegiyasına yeni sədr seçiləcək



Sabah, dekabrın 7-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçiriləcək.

“Report” xəbər verir ki, “Bulvar Otel”də keçiriləcək konfransda iştirak edəcək 116 nümayəndə seçilib.

Konfransda bir sıra məsələlər müzakirə olunacaq, habelə VK Rəyasət Heyətinə yeni üzvlər və sədr seçiləcək. Rəyasət heyətinin üzvlüyünə və sədrliyinə namizədlər konfrans zamanı irəli sürüləcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений