Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Vətəndaşda banka inam: NECƏ YARANSIN?



Pərviz Heydərov: “Beynəlxalq Bankın üzləşdiyi problem, bank sektorunu “iflic” etdi”

Vətəndaş və bankın istənilən zaman şəraitində mövcud iqtisadi situasiyanı müəyyən etmək və bu sahədə tibbi dildə desək, hərarət dərəcəsini ölçmək üçün məhz bu iki subyekt arasında münasibətlərin real vəziyyətinə diqqət yetirmək kifayətdir.

İqtisadçı-ekspert Pərviz Heydərov “Cümhuriyət”ə bildirib ki, sözügedən vəziyyət əgər, yüksək səviyyədə inam əsasında qurulubsa və qarşılıqlı etimad atmosferi əsasında xarakterizə olunursa, demək, iqtisadiyyatda bütün işlər yaxşı sürətlə gedir. Ekspert qeyd edib ki, əgər, əksinə vəziyyətdirsə, problemlər hökm sürür: “İnam hissi isə vətəndaşlarda olmalıdır, başqa sözlə desək, yaranmalıdır. Odur ki, qeyd etdiyimiz məsələnin həllində əsas yük bankların üzərinə düşür. Belə ki, bunun üçün hər bir bank vətəndaşda ilk növbədə özünə qarşı maraq yaratmalı, ikincisi, təklif etdiyi xidmətlərə vətəndaşını “əli çatan” etməli, üçüncüsü, onların iqtisadi mənafelərinin təhlükəsizliyinə yüksək həddə təminat verməli və dördüncüsü isə üçüncü tərəflə münasibətlərin və yaxud qarşılıqlı əlaqələrin həyata keçməsində ən maksimal şəkildə vasitəçilik göstərməyə çalışmalıdır. Bu baxımdan peşəsindən və sosial durumundan asılı olmayaraq demək olar ki, hamımız Azərbaycan Beynəlxalq Bankının (ABB) son dövrdə başına gələnlərdən və ya ətrafında baş verənlərdən xəbərdarıq.

Çünki adı çəkilən bankda kiminin az-çox əmanəti vardı, kiminin kredit borcu, əksəriyyətin isə işlədikləri yerdən aldıqları aylıq maaşa, həmçinin böyük sayda pensiyaçı kontingentinə, əsasən isə müvafiq ödənişlərə görə plastik kart “asılılığı” vardı.

Ekspert qeyd edib ki, ABB ölkədə ən böyük və sistem əhəmiyyətli bankı sayılırdı: “Sözügedən bankın məlum vəziyyətə, yəni ciddi çətinliklərlə üzləşəcəyini heç kim ağlına belə gətirə bilməzdi. Təbii ki, bu, sabiq rəhbərliyin yarıtmaz idarəçiliyi nəticəsində baş verdi. ABB-nin az qala çöküş problemi ilə üzləşməsi nəticəsində bütün bank sektoru "iflic" vəziyyətə düşdü. Təsadüfi deyil ki, prezident İlham Əliyev də 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin bu ilin yanvarın 10-da keçirilən iclasında qeyd etdi ki, iqtisadiyyatımıza ən böyük zərbə vuran məhz bank sektoru oldu.Ancaq yaxşı ki, dövlət məsələnin üzərinə düşdü və mənfi tendensiyanın inkişafının qarşısını aldı, inzibati və təşkilati tədbirlər görməklə, bankı sağlamlaşdırmaq üçün kompleks tədbirlərə başladı”.

Yeganə
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений