Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Video vəkillik bacarığının artırılması - İmişlidə təlim keçirilib - Layihə



Fevralın 7-8-də Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində birgə təşkil etdiyi növbəti təlim keçirilib. Təlim “Tərəqqi” Sosial Tədqiqatlar və "ARAZ" Humanitar Tədqiqatlar ictimai birliklərinin təşkilatçılığı ilə “Video vəkillik bacarıqlarının artırılması” layihəsi çərçivəsində baş tutub.

Cebhe.info xəbər verir ki, İmisli rayonunda keçirilən  tədbirdə Aran regionunun Sabirabad, Saatlı və İmişli rayonundan olmaqla ümumilikdə 30 nəfərə yaxin QHT və ictimayət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə “Tərəqqi” STİB-in sədrı Cəlal Əmənov açıb. Bildirib ki, paytaxtdan və digər bölgələrdən fərqli olaraq Aran bölgəsində yerli TV və radio yoxdur: “Bu ərazidə yaşayan insanlar özləri barədə informasiyanı yalnız peşəkar jurnalistlərin hazırladıqları xəbərlərdən alır. Çox vaxt bu xəbərlər heç də reallığı əks etdirmir, əksinə kimlərinsə sifarişi ilə hazırlanır. Layihəni keçirməkdə məqsəd bu boşluğu doldurmaq, Aran rayonlarında gənclərin foto və video marağını artırmaq, onlara bu sahəni öyrətməklə onların vətəndaş cəmiyyətinin fəal nümayəndəsi kimi formalaşmalarını təmin etmək, onların ictimai nəzarətdə aktivliyini artırmaqdır”.

Qeyd olunub ki, foto və video təlimlər keçmiş gənclər öz regionlarında rastlaşdıqları problemləri işıqlandıracaq,  diqqət mərkəzinə gətirəcəklər. Lazim gəldikdə problemlərə uyğun olaraq bu çəkilişləri aidiyyatı rayonda aidiyyatı quruma göndərməkə onları məlumatlandıracaqlar. Bu məlumat sadəcə bir fotodan və ya video xəbərdən ibarət ola bilər. Layihə müddətində gənclər komanda şəklində işləməyin üstünlüklərinidə əyani görəcəklər.

Tədbirdə video vəkilliyin aparılmasının məqsəd və vəzifələri, əsas və yardımçı hədəf auiditoriyası, video vəkillik bacarıqları, video vəkilliyin aparılma üsulları, könüllülərin cəlb edilməsi və s geniş müzakirə edilib Gənc fəallarla təlimlərin növbəti mərhələləri davam etdiriləcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений