Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Virtual pulu olanlar, diqqət - "Su qiyməti"nə olacaq 



Virtual pul bazarında növbəti çalxalanma yaşanır. Belə ki, kriptovalyutalar arasında ən məşhuru olan Bitcoin-in qiyməti fevral minimumlarının da altına düşüb. Goldman Sachs investisiya bankı artıq müştərilərinə bu barədə xəbərdarlıq edib. Bitkoin  9,3  min dollardan 8,8 min dollara qədər ucuzlaşıb.

Bankın mütəxəssisi Şeba Cəfərinin fikrincə, kriptovalyuta bazarInda ucuzlaşma davamlı olacaq. Qiymətlərin hətta 5,9 min dollardan da artıq ucuzlaşması gözlənilir. 

Ancaq xarici mətbuat Şeba Cəfərinin kriptovalyutalara olan tənqidi mövqeyinin də bu proqnozarda önəmli rolu ola biləcəyinə diqqəti çəkir. Belə ki, o, həmişə virtual pulun əleyhdarı kimi tanınıb  və proqnozları bəzən özünü doğrultmayıb. Belə ki, Cəfəri 2017-ci ilin ortalarında ilin sonuna kimi qiymətin 4 min dollara qədər düşəcəyini desə də, bunun əksi olub. 2017-ci ilin sonunda kritovalyuta hətta 20 min dollara qədər bahalaşaraq tarixi maksimumunu əldə edib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений