Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Virtual valyuta dəyərləri Azərbaycan üçün keçərli deyil



Son vaxtlar kriptovalyutalarla bağlı mövzular daha çox aktuallaşmaqdadır. Görünən budur ki, beynəlxalq agentliklər virtual valyutaya marağı məqsədli şəkildə artırmaq istəyirlər. 

Belə ki,“JP Morgan” qlobal enerji əməliyyatları agentliyinin keçmiş prezidenti Daniel Masters kriptovalyutaların maliyyə inqilabının əsasını təşkil edəcəyini söyləyib: “Kriptovalyutaların 1 trilyon dollara yaxınlaşması bir  anda tənzimləyicilərin, bankların və hökumətlərin diqqətini cəlb edib. Kriptovalyuta cəmiyyətində sızıntı olduğuna dair  hər hansı problem yoxdur. Fikrimcə, kriptovalyutaların böyük potensialı var”.

Masters  kriptovalyutalarla ənənəvi maliyyə sistemi arasında heç vaxt böyük problemin yaşanmadığını bildirib:

Amma ölkəmizdə kriptovalyutalara maraq böyük deyil. İqtisadçı ekspert Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında “kriptovalyutaları” “ruzgar”, “külək” adlandırıb: “Kriptovalyutaların arxasında heç bir əmtəə dayanmır. O zaman Azərbaycanda kriptovalyutalardan ciddi danışmaq olar ki, arxasında ciddi investisiyalar dayansın. Görünməyən, virtual valyuta dəyərləri Azərbaycan kimi ölkələr üçün keçərli deyil. Hətta Türkiyə üçün də keçərli deyil. Baxmayaraq ki, Türkiyə və Azərbaycan iqtisadiyyatlarının xarakteri fərqlidir”.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений