Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xalq Cümhuriyyəti-100: Düşənbədə rəsmi mərasim keçirilib



28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Düşənbə şəhərindəki “Serena” mehmanxanasında mərasim keçirilib. 

Cebhe.info xəbər verir ki, mərasimdə Tacikistanın dövlət rəsmiləri, deputatlar, görkəmli ziyalılar, ölkə ictimaiyyətinin tanınmış simaları, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri və bu ölkədə yaşayan və işləyən azərbaycanlılar iştirak ediblər. 

Səfirlikdən verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan və Tacikistanın dövlət himnlərini Respublika xüsusi incəsənət məktəbinin şagirdləri tərəfindən səsləndirilib. 
Azərbaycanın  Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə və Tacikistanın xarici işlər naziri Sirocadin Aslov çıxış edərək, 23 ay mövcud olmuş Şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin  yaranması və əhəmiyyəti barədə geniş söhbət açıblar. 

Qısa müddət ərzində bütün dövlət atributlarının yaradıldığı, şərqdə ilk dəfə olaraq parlamentli respublikanın qurulduğu, operanın təsis edildiyi, qızlar məktəbinin açıldığı, bir çox Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququnun verildiyi, qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələrin yarandığı qeyd olunub.

Səfir təəsüflə qedy edib ki, qısa müddət ərzində bu qədər böyük uğurlara imza atmış Şərqin ilk demokratik respublikası  1920-ci il aprelin 28-də Rusiyanın 11-ci Qızıl Ordusu tərəfindən süquta uğradılıb, Azərbaycan işğal edilib. 

Səfir iki ölkə arasında mövcud əlaqələrdən də söz açıb. O, iki ölkə arasında münasibətlərin və əməkdaşlığın tarixi köklərə söykəndiyini, Azərbaycan və Tacikistanın bir-birinə regional və beynəlxalq təşkilatlarlar çərçivəsində daim dəstək verdiklərini və ölkə liderləri arasında dost münasibətlərin mövcud olduğunu qeyd edib. O, həmçinin ölkələrimiz arasında 45-dək rəsmi sənədin imzalandığını, parlamentlərarası qrupunun fəaliyyət göstərdiyini qeyd edərək, hökümətləarası komissiyanın növbəti iclasının Düşənbədə keçiriləcəyini diqqətə çatdırıb. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixi dövrlərini əks etdirən foto-sərgi təqdim edilib. Azərbaycan mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bu günkü gözəl mənzərələrini əks etdirən video görüntülər nümayiş etdirilib. Daha sonra gənc xanəndə, VI muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli konsert proqramı ilə çıxış edib. 

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений