Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Xanım aparıcı rejissordan elə sözlər danışdı ki..“Gecə saat 11-də zəng edib...”



Televiziyaların birində yayımlanan “Təəccüb çevrəsi” verilişinin kulisində qonaq olduq. “Cümhuriyət” qəzetinin əməkdaşı Rövşən Əsədov verilişin çəkilişini yekunlaşdıran layihə rəhbəri Çingiz Həmzəyev,  verilişin xanım aparıcısı Mələk Heydərova və rejissor Zaur Rəcəbovla söhbətləşib

- “Təəccüb çevrəsi” verilişini neçə saata çəkirsiniz Çingiz -Verilişin çəkilişini Zaur nə vaxt “stop” desə, onda dayandırırıq. Ondan asılıyıq.  Veriliş təxminən 2 saat yarıma çəkilir.

-Layihə rəhbəri olaraq bütün məsuliyyət sizin üzərinizə düşür, yoxsa hərənin öz işi var Çingiz -Təəssüf ki bu, belədir. Verilişin bütün məsuliyyəti tam olaraq mənim üzərimdədir. Düzdür, uşaqlar çox işləyir, əllərindən gələni əsirgəmirlər, çalışırlar ki, işlərinin öhdəsindən layiqincə gəlsinlər, amma yenə də qeyd edirəm ki, məsuliyyət tamamilə mənim üzərimə düşür. Amma mənə xoşdur.

- Keçək rejissora. Biri layihə rəhbəri, digəri isə xanım aparıcı. Hansı daha çox incidir sizi Zaur -Düzünü deyim də ... Özüm özümü də incidirəm, hər ikisi də məni incidir. Amma rejissorun işi odur ki, inciməsə, iş getməyəcək. İş varsa, yüngülvari incikliklər olur, o da yalnız çəkiliş vaxtı. Ümumi götürdükdə isə sırf veriliş, verilişin çətinliyi, kadrın alınmaması işlərimizdə bir az çətinlik yarada bilər. Kadr alınmayanda istənilən rejissor hirslənir. Amma sizə bir sirr verim ki, hirslənəndə özüm-özümü motivasiya edirəm. Saçımı darayıram və sifətimi dəyişirəm. O da Çingizin xoşuna gəlmir (gülür). İşimdən həzz alıram. Bu layihə uzun müddətdir ki, ərsəyə gəlib. Çingizlə mən bu verilişdən mənəvi həzz alırıq. Fiziki yorğunluğumuzu hiss etmirik. Loru dillə desək, bunu məhz biz bişirmişik, indi isə özünüz fikirləşin, çətinliklə hazırlanan yeməyi yemək daha asan olar, yoxsa hirslənmək Mənə elə gəlir ki, bu menyuda hirslənməyin də öz yeri var, həzz almağın da.

Çingiz -Şəxsən mənim üçün bu veriliş həyati məna kəsb edir. Bu illüziya işlərində Zaurla 10 ildir ki, bir yerdəyik. Ümumiyyətlə, bilirsiniz ki, Azərbaycanda illüziya sahəsində boşluqdur, həm, televiziya, həm də səhnələrdə illüziyaya çox az hallarda rast gəlmək mümkün olar. Mən bilirəm hansı illüziyadan danışıram. Bu sahədə işimlə bağlı heç kim sözümün üstünə söz deyə bilməz.

- Sizcə, illüziyanıza təəccüblənənlər çoxdurmu ?

Çingiz İllərdir ki, bu işdəyəm. Çox yerlərdə illüziya göstərmişəm. Deyə bilərəm ki, çox nadir hallarda insanlar illüziyaya baxıb təəccüblənmir. Polisdə, küçədə, məclisdə, istənilən məkanda illüziya göstərilsə, adam mütləq şəkildə ona maraq göstərir. Əslində bu halları nəzərə alaraq tamaşaçıları iki yerə ayırıram təəccüblənib təəccübünü qəbul edən və təəccübünü büruzə verməməyə çalışanlar.

- Mələk də gəldi. Gəl, söhbətimizə sən də qoşul. Danış görək, verilişdə aparıcılıq barədə təklif necə oldu Mələk -Hamıya məlumdur ki, bir ara yoxa çıxmışdım, hamı məni axtarırdı. Bu il ərzində çox təkliflər almışdım, amma şərait, kollektiv, rəhbərlik məni qane etmirdi. Deməli, gecə saat 11-də rejissor tələsik mənə zəng elədi ki, sabah görüşək veriliş barədə danışdıq.

- Gecə 11-də nə danışmısınızZaur (gülür) A... Veriliş barədə təbii ki ...

- Mələk, inanaq Mələk Zəng etdi ki, Mələk sabah gələ bilərsənmi, amma mənə dəqiq de. Yenə də deyirəm, layihə rəhbəri Çingizin sayəsində ekranlara geri döndüm. Rejissora təşəkkür edirəm. Düzü, Zauru görməmişdim, amma telefonda mənimlə çox mədəni danışdı, aldandım ( gülür). Səhəri gün görüşdük. Çingiz haqqında onun çox ciddi, qaşqabaqlı olduğunu eşitmişdim. Amma tanış olduqdan sonra Çingiz Həziyevin pambıqdan yumşaq bir insan olduğunu gördüm. 3 saat danışdıq. Və mən bu müddət ərzində qərar verdim ki, ilk baxışdan məndə xoş təəssürat yaradan bu insanlarla işləyə bilərəm.

Zaur Amma mənə “hə” demədi. O qədər sual verdi ki... Dedim ki, gəl, danışaq. Mən ona “sən” deyirdim, o mənə “siz”. Dedim ay Allah, belə mədəni rejissor olar Gəldim, danışdıq, işdən 10 dəqiqə danışdıq, həyatdan, insanlardan, düşüncələrimizdən o qədər danışdıq ki ...
Çingiz Əslində elə olmayıb, yalan deyirlər...

- Aha, necə olub, mən sizə inanıram, danışın.

Çingiz Layihə üçün bizə aparıcı lazım oldu. Mən Mələyin yaradıcılığı ilə tanış idim. Veriliş başlayanda da yadımda idi.Amma bu qız facebookda məni bloka atmışdı. Girdim googledan bir-iki fotosuna baxdım, həmin an da inanın ki, mənə Zaur watsappda bu qızın fotolarını yolladı. Buna tamamilə telepatiya deyərdim. Çünki mən internetdə Mələklə maraqlanan anda bunlar baş verdi. Biz də Mələyi telepatik olaraq bu layihəyə qəbul etdik.

Mələk Burada hamısı kişilərdir, xanım işçilər çox azdır. Tək xanımam.Ona görə də bəlkə hər kəs mənə daha çox hörmət edir, sözümə önəm verir.Mən işdə bu münasibətə çox önəm verirəm. Əgər bir iş yerində bir xanıma belə hörmət göstərilirsə, deməli, bu, ilk növbədə layihə rəhbəri, rejissorun hesabınadır. Evdə elədiyim ərköyünlükləri burda da edirəm, xətrimə dəymirlər ( gülür).

Zaur - Mələk çox pozitiv xanımdır. Aurası gözəldir.

Fotolar Taleh Valehov
Rövşən Əsədov







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений