Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xəstə, halsız, problemli yeni nəsil: HARA GEDİRİK?



Gənclik ömrün elə bir çağıdır ki.... - Xeyr, düşünməyin ki, hansısa pomantik həyat hekayəsindən bəhs etmək fikirim var.

Əslində bəhs edəcəyim məsələ əsl faciədir. Özümüzdən xəbərsiz olaraq, başımızın üstünü alan faciə. Gənc, xüsusilə, gənc oğlan anlayışı güclü, qüvvətli, yaşlıların köməyinə çatan, hər bir ağır yükü götürməyə hazır olan insan anlayışı ilə assosiasiya olunur. Deyəsən, artıq bu assosiasiyanın tarixə qovuşmaq məqamı gəlib çatıb. Son günlər ərzində baş verən hadisələr yeni nəslin hansı vəziyyətdə olduğunun bariz numunəsidir. 

Bir neçə gün öncə - mayın 7-də metroda 1988-ci il təvəllüdlü, Milli Aviasiya Akademiyasının tələbəsi Sahil Teymurlu ürəktutmasından dünyasını dəyişdi

Bundan cəmi bir gün sonra isə Saatlı rayonunun Sarıcalar kənd sakini, 14 yaşlı Yahya Ağayevin məktəbdə öldüyü haqda kədərli məlumatla tanış olduq.

Təkcə “Google”-da “Metroda gəncin ürəyi getdi” sözlərindən ibarət axtarış vermək kifayət edir ki, mənzərənin nə qədər dəhşətli olması göz önündə olsun.

Vəziyyət o həddə çatıb ki, hər bir tayfada, nəsildə problemli uşaqların dünyaya göz açmasının şahidi oluruq. Burada söhbət hansısa kiçik problemlərdən deyil, ciddi xəstəliklərdən gedir. Ürək qüsuru, ciddi onurğa problemləri ilə doğulan uşaqların sayı ilbəil artır. Hipertoniya, şəkərli diabet kimi əvvəllər yaşlı insanların xəstəliyi sayılan xəstəliklər də uşaqlarda müşahidə olunur. Digər ağır xəstəliklərin adlarını da uşaqlar üçün sadalamaq çox üzücüdür.

Cebhe.info yaranmış vəziyyətin səbəblərini araşdırıb. Yediyimiz GMO-lar, ekologiya, yoxsa hamiləlik dövründə qadınların keçirdiyi stresli həyat tərzimi problemli övladların doğulmasına səbəb olur?  

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov yaranmış vəziyyətin çirkin siyasi, iqtisadi oyunların nəticəsi olduğunu deyir: “Guya qlobal istiləşmə prosesi gedir deyə, süni buludlar yaratdılar ki, günəşin şüalarının qarşını kəssin. Bunun nəticəsində də Yer kürəsi soyusun. Bunlar hamısı zəhər idi, insanların başına tökürdülər. Zavodlar tüstü buraxır deyə, əhalini işsiz qoydular. Quş qripi, donuz qripi yaydılar.

Əsas məqsəd dünya əhalisinin sayını minimuma endirməkdir. Buna da nail olurlar. Nail olmalarına isə jurnalistlər yardımçı olurlar. Çünki, deyilən cəfəngiyyatları təbliğ etdilər. İndi insanlara deyəndə ki, bu oyundur, fırıldaqdır, heç kim inanmır. Çünki, o təbliğata milyonlarla pul buraxılmışdı. Nəticədə belədir - Gənc uşaq evdən çıxır və həyatı qırılır”.

Ekoloq deyir ki, süni müdaxilələr olmasa, ekoloji sferada hər hansı bir mənfi tendensiya mövcud deyil: “Mendeleyev cədvəlində hansı elementlər varsa, yer kürəsi, hava, su, insan bədəni onlardan ibarətdir. Cürbəcür oyunlar oynayıb, onları minimuma endirmək istəyirlər. Karbon qazını məhv etmək istəyirlər. Amma karbon qazı həyat, oksigen deməkdir. Ağaclar onu udub, oksigen istehsal edirlər. Bunu məhv etmək, dünyanı vaxtından tez məhv etmək deməkdir”. 

Telman Zeynalov deyir ki, Azərbaycan bazarları geni dəyişilmiş məhsullarla doludur: “Baxmayaraq ki, cənab prezident iki il əvvəl sərəncam verdi ki, geni dəyişdirilmiş məhsullar ölkəyə daxil olmasın, bazarlar bu cür məhsullarla doludur. 90-cı illərdən bu cür məhsullar ölkəyə daxil olub. İndi uşaqların hansı  sağlamlığından, bu və ya digər xəstəliklərin yayılmasından danışa bilərik. Heç kimə məlum olmayan xəstəliklər yayılır. Səhiiyyə Nazirliyinin başı isə korrupsiyaya qarışıb”. 

Professor Adil Qeybulla da xəstəliklərin artmasının başlıca səbəbinin qidalanma ilə bağlı olduğunu deyir: “Həddindən artıq çox qidalanma, köklüyə meyillilik xəstəliklərin yaranmasına səbəb olur. Digər tərəfdən, mövcud texnologiyalar dövründə azhərəkətlilik demək olmaz ki, orqanizmi sıradan çıxarır, amma ciddi şəkildə ziyan vurur. İndi insanların xəstəlikləri kifayət qədər mürəkkəbdir”. 

Adil Qeybulla sadalanan faktlarda ölümə səbəb olan ürək tutmalarından danışdı. Ürək tutmalarının əsasında konkret faktların, səbəblərin dayandığını dedi: “Məsələn, “ürəyin elektrik dayanması” deyilən bir xəstəlik var ki, ürəkdə mübadilə pozuntusudur, ürək mədəciyindəki ocaqdan başlanğıc götürən ekstradisiyalar var ki, ürəyin dayanmasına gətirib çıxara bilər. Müxtəlif ürək qüsurları, ürəyin işemik xəstəlikləri, infarkt ürəyin dayanmasına səbəb ola bilər. Gənc yaşlı insanlarda ürəktutmaları yanaşı bir patologiyadan xəbər verir”. Həkim deyir ki, ürək tutmaları hər adamda ola bilər:

“Ürək daim işləyən orqandır. Bəzən ürəyin hansısa orqanında patologiya həyatla bir araya sığmır. İstənilən orqanda baş verən patologiya dərhal həyati əhəmiyyət kəsb edir. Bu ürək dayanmasına və dərhal ölümə gətirib çıxara bilər. Qaraciyər fəaliyyətini dayandırarsa, xəstə müalicə alaraq, bir müddət yaşaya bilər. Amma ürək elə deyil. Orqanizmdə bir nasos funksiyası daşıyır. Bəzən böyrək xəstəlikləri olur ki, o da yüksək təzyiqlə müşayiət olunur. Bəzən müxtəlif patologiyalar görürük ki, bunlar ürəktutmalarına səbəb ola bilər. Bəzən arıq adama təsadüf edirik ki, xolestrini çox olur. Paradoksal olsa da, kifayət qədər müxtəlif nəticələr görürük. Ürəkdə olan anadangəlmə, qazanılma patologiyalar problem yarada bilər”. 

Adil Qeybulla uşaqların ildə bir dəfə exokardioqrafiyadan keçməsini məsləhət görür: “Uşaqlar yoxlanılmalıdır ki, onların hansısa problemi var, yoxsa yox. Təəssüflər olsun ki, bizdə bu cür yoxlamalar olmur. Uşaqların yoxlanması təşkilati forma ala bilməyib. Ona görə də bu cür problemlərlə üzləşirik. Gec-tez bumeranq hər kəsə dəyə bilər”.
Həkim deyir ki, lazimi strukturlar uşaqların, gənclərin, şikayəti olan şəxslərin yoxlamadan keçməsini təşkil etməlidirlər: “Uşaqlarda ürək-damar sisteminin fəaliyyəti mütəmadi yoxlanmalıdır”. 

Uşaqların qüsurlu doğulmasına gəldikdə, bu bir neçə faktorla əlaqələndirilir. Daha çox ananın hamiləlik vaxtı uşağın sağlamlığına zərər vuracaq dərmanlardan, həmçinin zərərli qidalardan, kafeinli, spirtli içkilərdən istifadə etməsi ilk yerləri tutur. Valideynlərdə olan hər hansı genetik xəstəliyin xromosonlar vasitəsilə uşaqlara keçməsi də mümkündür. Bu cür hallar daha çox qohumlar arasında olan evliliklərdə təsadüf edilir. 

Digər bir ciddi səbəb isə hamiləliyin ilk 3 ayında ananın rentgen şüalarına məruz qalması və ya su çiçəyi, qrip, qulaqdibi kimi xəstəliklər zamanı genlərdə yaranan problemlərdir.

Xatirə Nəsirova

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений