Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xəstəxanalarda QADAĞA siyahısı: NƏLƏR VAR?



“Xəstəxanalarda gigeyinik qaydalar qorunmalıdır. Bu, bütün qayda və normalarda var”.

Bunu Cebhe.info-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbər əvəzi Səfayə Əhmədova deyib: “Bilirsiz ki, xəstəxanalarda ağ xələt geyinilir, baxillə girilir. Bunlar hamısı gigiyenik qaydalara nəzarət olunması üçün tətbiq olunan formalardır. Yəni bu, aksesuar geyim deyil”. Bununla belə Səfayə Əhmədova özəl tibb məntəqələrinə müdaxilə edilmədiyini deyib: “Kiminsə xəstəxanaya nə isə gətirməsi müəssisənin rəhbərinin, gətirənin şəxsi işidir, amma alqışlanan bir əməl deyil. Yaxşı olar ki, xəstəxana rəhbərləri epidemoloji duruma nəzarət etsinlər”. 

Professor Adil Qeybulla isə Cebhe.info-ya bildirib ki, xəstəxanaya hevvan və ya  quşın gətirilib-gətirilməməsi ilə bağlı hər hansı təlimat yoxdur: “Heyvanların xəstəxanaya aparılması gigiyenik baxımdan düzgün deyil. Burada xəstə, həssas insanlar var. Bəzi infeksiyalar heyvan mənşəli olur. Bütün bunlar nəzərə alınaraq, heyvanın xəstəxanaya gətirilməsi məqsədəuyğun deyil. Heyvani mənşəli qidalarla da xəstələrin qidalanması məsləhət deyil. Qida gigiyenasının şərtləri var, onlara əməl olunmalıdır”. 

Qeyd edək ki, ”Həyat” Fondunun rəhbəri Hacı Nuranın müalicə olunduğu "Ege" Hospitalında xəstənin palatasına poni cinsli atın gətirilməsi müzakirə mövzusuna çevirilib.Hospitaldan poninin Hacı Nuranın arzusu ilə xəstəxanaya gətirilməsinə icazə verildiyi bildirilib. 

Xatirə 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений