Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xətai rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq



Bakının Xətai rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə  "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Məlumata görə, Xətai rayonunun Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315, 159 və 108 mm-lik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, aprelin 26-sı saat 10:00-dan təmir işlər tamamlananadək rayonun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений