Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xəzər düyünü: İran yenə cığallıq edir



Xəzərin hüquqi statusu məsələsi həllini tapmır.Problemin həll olunmaması sahilyanı ölkələri arasında münasibətlərdə tam yaxınlaşmaya imkan verməyən əsas problemlərdəndir

 Bu il keçiriləcək Xəzər sammiti zamanı dənizin hüquqi statusuna dair konvensyanın imzalanması növbəti dəfə baş tutmaya bilər.  Buna səbəb isə İranın Xəzərin bölünməsinə dair mövqeyidir.

“Offshore Oil and Gas Magazine” dərgisi “Wood Mackenzie” şirkətinin analitikinə istinadən bildirir ki, belə görünür ki, İran hələ də Xəzərin bölünməsi prinsipinə dair özünün əvvəlki mövqeyində qalır. İran Xəzər dənizindən 20 faiz pay almaqda israrlıdır, hansı ki, orta xətt prinsipinə əsasən aparılacaq bölgüdə İranın faizi 11-13 faizdən çox olmayacaq. Bununla belə şirkət qeyd edir ki, Xəzərin yekun hüquqi statusuna dair danışıqlarda istənilən irəliləyiş mühümdür, diqqəti cəlb edir.Xüsusən də bu irəliləyiş Xəzərin cənub hissəsindəki mübahisəli yataqlara dair gələcək ikitərəfli danışıqlar üçün əsas yaradacaq.

Maraqlıdır, Xəzərin hüquqi status məsələsi yenə də açıq qalacaq?

Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə deyib ki, Xəzərin hüquqi statusunun yaxın gələcəkdə gerçəkləşəcəyi mümkünsüz görünür:

“Baxmayaraq ki, Xəzəryanı ölkələr mövqelərində müəyyən yaxınlaşmaların olduğunu bəyan edirlər. İran bu məsələyə tamamilə fərqli bir mövqedən yanaşır.Bu məsələ də maraqlıdır ki, Rusiya, Qazaxıstan və Azərbaycanın mövqeləri bir-birinə daha yaxındır. Bu məsələdə  əsas tormozlayıcı amil İran dövlətidir. Çünki bu region ölkələri içərisində Xəzər suları və quru torpaq hissəsi ilə ən az həmsərhəd olan İran dövlətidir. Bu kontekstdə məhz quru sərhədinə görə ərazinin bölünməsinə İran birmənalı qarşı çıxır. Belə olduğu təqdirdə İran su hövzəsindən ən az sahə alacaq ölkələr sırasına düşür. İran bu məsələyə tormozlayıcı təsir göstərir.Məhz bu məsələ həll olunmadığı üçün Xəzər dənizinin statusu yaxın zamanda gerçəkləşəcəyinə oxşamır.Bu məsələ elə bir məsələdir ki, mütləq mənada bütün Xəzəryanı ölkələrin konsensusa gəlməsi lazımdır ki, biz bu uzlaşmanı görürük”.

Politoloqun sözlərinə görə, bu məsələnin hansı şəkildə həll olunacağını gözləmək çox çətindir:

Çünki regionda böyük bir gərginlik yaşanır. Təkcə Suriya deyil, Yaxın Şərqdə İranın iddiaları məsələsi də buna misaldır.Ən azından Səudiyyə Ərəbistanı və İran arasında bir müharibə təhlükəsinin başlaması, həmçinin ABŞ-la İsrailin İrana qarşı getdikcə daha da sərtləşməsi imkan vermir ki, İran bu məsələdə hansısa güzəştlərə getsin.Bütün bu məsələrdə bir uzlaşma olmadığı üçün düşünmürəm ki, İran da Xəzərin hüquqi status məsələsində hansısa kompromis variantlar ortaya qoysun və ya güzəştə gedə bilsin.Ona görə də bu gərgin müstəvidə İran yaxın zaman çərçivəsində bu problemi həll etməkdə maraqlı olmayacaq.Çünki regionda böyük bir gərginlik ab-havası var. Gələcəkdə regionlarla bağlı proqnozların verilməyinin özü bu gün problematikdir.Böyük bir qeyri-müəyyənlik çərçivəsində İran Xəzərin status məsələsində özünə sərf etməyən hansısa şərtlər altında sənədə imza atmaya bilər.Bu o deməkdir ki, ən strateji və həssas məsələ olan status məsələsi yaxın zamanda həll olunmayacaq”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений