Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xəzərdə 28 yaşlı gənc boğulub



Xəzər dənizində 28 yaşlı gənc boğulub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə dənizin Sumqayıt şəhəri sahilində - Novxanı çimərliyində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Cabir Bəhruz oğlu Şanıyev dənizdə çimərkən boğulub. Şahidlərin sözlərinə görə, o, çimərkən qadağanedici tələblərə baxmayaraq, daha uzağa doğru üzüb. Nəticədə köməksiz vəziyyətdə boğularaq ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений