Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xidmət sahələrinin “xidməti” - Bakılılar bu gün də susuz qalacaq



Bakı sakinləri 4 günlük qazsızlıqdan sonra indi də susuz qalacaqlar. İndi də su kəmərlərinin təmirinə başlanır. 

“Azərsu” ASC-nin məlumatına görə, bu gün saat 00.00-dan başlayaraq, 12 saat müddətində bir sıra ərazilərdə suyun verlişində məhdudiyyətlər olacaq.  Buna səbəb magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.

Bunun nəticəsində H.Əliyev küçəsi, Tbilisi və Moskva prospektində yerləşən mənzil və obyektlərə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Xatırladaq ki, qaz probleminin də izahı bu formada verilmişdir. Yəni qaz kəmərlərinin təmiri əsas gətirilmişdi. Bu təmir işlərinin nəticəsində Bakının böyük bir hissəsi mavi yanacaqsız qaldı. Həm də nisbətən soyuqlarda. Təbii ki, bu dəfəki problemin əhatə dairəsi xeyli geniş olduğu üçün bu cür ajotaj yaratdı. Qaz kəmərlərinin təmir edilməsi səbəbilə qışın ən sərt günlərində belə mavi yanacaq təminatından məhrum edilən sakinlərimiz az olmur. Deyəsən, qaz təhcizatı üzrə xidmət sahələrinin boruları təmir etmək məhz soyuq günlərdə yadına düşür.

İndi də xidmət sahələrinin "xidməti" sahəsində Bakı sakinləri susuz qalacaq. 

Doğrudur su təminatı ilə bağlı şikayətlərə daha az rast gəlinir. Amma bu cür hallar istisna təşkil etmir. Vaxtaşırı su kəmərlərinin təmiri əsas gətirilərək bəzi ərazilərə suyun verilişi dayandırılır. Onu da qeyd edək ki, şəhərimizin bəzi ərazilərinə su saatla verilir.

Kommunal xidmətlər sahəsində yalnız “Azərişiq”da bu cür şikayətlərə rast gəlinmir. 

Xatirə Nəsirova
Cebeh.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений