Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

XİN-dən Ermənistanın cəbhənin Naxçıvan istiqamətindəki təxribatı ilə bağlı - Açıqlama



“Müdafiə nazirliyi tərəfindən məlumat verildiyi kimi Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı qüvvələrimizin hərbi qulluqçusu həlak olub. Həlak olmuş hərbi qulluqçunun ailəsinə dərin hüznlə baş sağlığı veririk”.

Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qurum rəsmisi qeyd edib ki, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir:

“Bu bir daha onu göstərir ki, Ermənistanın münaqişənin “yalnız sülh yolu ilə həlli” barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyil və cəfəngiyyatdır. Qəti şəkildə bildiririk ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений