Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xocalı soyqırımı ilə bağlı hansı küçələr bağlı olacaq? - SİYAHI



Fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Cebhe.info xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov trend-ə bildirib ki, sabah paytaxtın Xətai prospekti və Xocalı prospekti istiqamətində kəsişən bütün paralel küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək:

"26 fevral saat 08:00-dan tədbir başa çatanadək Xocalı prospektinə Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Sergey Senyuşkin, Fəzail Bayramov, Mehdi Mehdizadə, Süleyman Vəzirov, Sabit Orucov, akademik İzzət Orucov, Ayaz İsmayılov küçələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək".

"Ana harayı" abidəsinə ziyarətə gələnlərdən xahiş olunur ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений