Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

YAP 2018-ci il prezident seçkilərinə bir namizədlə qatılacaq - Millət vəkili



Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıqdan danışıb. 

Xeber.news bildirir ki, millət vəkili Yeni Azərbaycan Partiyasının prezident seçkilərinə ciddi hazırlaşdığını bildirib:

"Yeni Azərbaycan Partiyası özünü həmişə seçkiyə hazırlıq prosesində hesab edir. Bir seçki bitəndən sonra özümüzü növbəti seçkiyə hazırlığa kökləyirik. Yeni partiya daxilində seçkiyə hazırlıq prosesi heç zaman dayanmır. Seçkiyə hazırlıq təkcə təbliğat deyil, o daxili qüvvələrimizə yenidən baxışdır, fəallılarımızın müəyyənləşdirilməsi və s. Gələn il Azərbaycan üçün çox əhəmiyyətli seçki illidir. Konsitutisiya dəyişikliyinə əsasən 2018-ci ildə seçiləcək president 7 il dövlət başçısı olacaq. Ona görə də YAP seçkilərə ciddi hazırlaşır. 2-si mən qeyd edim ki, YAP partiyası haakim partiya olmasına baxmayaraq,  heç vaxt özünü hakim partiyası hesab etməyib. Biz Azərbaycanda fəaliyyət göstərən 50 dən çox partiyadan biri kimi hesab edirik və özümüzü elə aparırıq.

Biz apardığımız sorğular və ümumən gücümüzü qiymətləndirilməsi gələn il bizim irəli sürəcəyimiz namizədin qələbə çalmaq şansı böyükdür. Bu ondan irəli gəlir ki, 1-si həm indiki prezident cənab İlham Əliyev, həm də ki, parlementdə təmsil olunan YAP-ın milət vəkilləri vəzifələrini layiqincə yerinə yetirirlər. Cəmiyyətlə sıx bağlıyıq, cəmiyyətin problemləri və maraqları ilə yaşayırıq və üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Belə olduqda əlbəttə ki, sosial bazamız qorunub saxlanır və gənclər hesabına daha da artır. Namizədimizə elan etmək məsələsinə gəldikdə isə zamanı gəldikdə mətbuata bildirəciyik.

Yeni Azərbaycan Partiyasının 2018-ci il seçkilərinə neçə namizədlə qatılacaq sualını cavablandıran milət vəkili namizədin bir nəfər olduğunu açıqlayıb: “Aydın məsələdir ki, bizim bir namizədimiz var".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений