Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yaraşıqlı prezident və onu ideal etməyə çalışan həmkarı: Çiynindən kəpəyi təmizləməyi də özünə rəva bilib - VİDEO



Fransa prezidenti Emmanuel Makronun ABŞ-a səfəri dünya mətbuatının diqqət mərkəzindədir. İki prezident dünyada son zamanlar baş verən hadisələri, xüsusilə də Suriya ilə bağlı vəziyyəti müzakirə edib. Ancaq görüş beyənlxalq durumun müzakirəsiylə yox, iki prezidentin şəxsi münasibətlərilə daha çox yadda qalıb. 

Cebhe.info xəbər verir ki, bu, Donald Trampın prezident kimi ilk rəsmi ziyafəti olub və mərasim olduqca sakit keçib. 

Barak Obamanın ziyafətlərindən fərqli olaraq, qonaq sayı 350 nəfərdən 150 nəfərə endirilib. Beyons tipli müğənniləri isə Vaşinqton operasının solistləri əvəz edib.

Görüşlərin şəksiz gözəli Donald Trampın xanımı Melaniya Tramp olub. Geyimi və başındakı şlyapa ilə diqqətləri bir anda üzərinə çəkən Melaniya Tramp həm də prezidentə qarşı kobudluğu ilə yadda qalıb. Hər halda birinci xanım kimi qırmızı xalıda prezidentin əlini buraxıb arxadan addımlamaq Ağ Evin tarixində ilk dəfədir. 

Tramp özünü həmişəki kimi olduqca sərbəst və bəzən də sərhədsiz aparıb. Kameralaırn gözü qarşısında Fransanın yaraşıqlı prezidentini daha da ideal vəziyyətə gətirməyə çalışıb: "Mənim üçün böyük fəxrdir ki, siz buradasınız, bizim həqiqətən xüsusi münasibətimiz var. İcazə verin sizin çiyninizdən kəpəyi təmizləyim. O, ideal görünməlidir, o ideladır",- deyə Tramp Makronun pencəyindəki kəpəyi təmizləyərək deyib. 

Təbii ki, Makron bütün baş verənləri məmnun təbəssümlə izləyib. Hər halda sevinməyə dəyər- Amerika prezidentinin dostu olmaq hər kəsə nəsib olmur. 

Bundan başqa bir paralel də var. Makronun da adı tarixə Şarl de Qoll kimi düşə bilər. Şarl de Qoll 58 il əvvəl Amerika Konqresində çıxış etmişdi. İndi isə bu çıxışı etmək şərəfi Emmanuel Makrona nəsib olur.

Xəzər

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений