Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yasamal əhalisi istiliksiz qalıb - “Qaynar xətt” susur, qəza xidməti işləmir



Bayram günlərində Yasamal rayonu niyə istiliksiz qaldı? 

Kommunal xidmətlərin “qaynar xətt”lərinin yarıtmaz fəaliyyəti yenidən gündəmə gəlib. Bu xidmətdə göstərilən laqeydlik və biganəlik, eləcə də məsul qurumların işlərinin öhdəsindən gələ  bilməmələri insanları təngə gətirib. Hazırda Yasamal rayonunun bütöv bir ərazisi istiliksiz qalıb. Məsələ burasındadır ki, həmin ərazi sakinləri istiliyin olmaması səbəbini də öyrənə bilmirlər. Çünki qurumun qəza xidməti işləmir...

Cebhe.info xəbər verir ki, bu barədə siyasi şərhçi Fərhad Mehdiyev şikayətlənib. Onun sözlərinə görə, bayram günlərində qəza xidmətləri işləməli olduğu halda, bunun əksidir: “Onun adı qəza xidmətidir, qəza isə bayram, gecə - gündüz tanımır. Bu gün yanvarın 3-üdür. “Azəristiliktəchizat” işləmir, onun qəza xidməti də işləmir. Yasamal rayonunda bütöv bir binanın istiliyi yoxdur. Bu xidmət düzgün qurulmayıb. Ümid edirəm ki qəza xidmətləri bir gün 7/24 əsasında işləyəcək və ona da ümid edirəm ki, mən ölmədən bu günü Azərbaycanda görəcəm”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений