Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yazarlar kitab yandırmaq aksiyasına qarşı çıxdı: "Qoy öz dəstəklədikləri adamın kim olduğunu desinlər görək..."



Son günlər yerli mətbuatın müzakirə mövzularından biri də Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yazıçıları prezident seçkisində ölkə başçısı İlham Əliyevə səs verməyə çağırması və buna görə də, müxalifətin yazıçının bu çağırışına etiraz olaraq, Anarın və Çingiz Abdullayevin kitablarının yandırılmasını tələbidir.

Cebhe.info-nun məlumatına görə kitabların yandırılması təklifi ictimai-siyasi kluarlarda birmənalı qarşılanmayıb. Etiraz edənlər də tapılıb, susanlar da.

Yazıçı Anar bu tələbə görə müxalifət cəbhəsindəki bəzi liderlərə tutaraq, onları qınayıb:

“Mən və rəhmətlik Yusif Səmədoğlu İsa Qəmbəri zaminə götürdük, həbsxanada olanda neçə dəfə müraciət yazdım. Neçə dəfə türmədə olan Pənah Hüseyn haqqında, İsgəndər Həmidov haqqında yazdım. Amma belə hadisələr olanda niyə bunlar səslərini qaldırmırlar, demirlər ki, kitab yandırmaq yaxşı şey deyil?!”

Yazıçı Çingiz Abdullayev də öz “Facebook” səhifəsində qəzəbli müraciətlə çıxış edərək, “Amma məni İsa Qəmbərin sükutu təəccübləndirir, hansı ki, həbsxanadan Anar öz zəmanəti ilə çıxarıb. Hansı ki, mən həmişə özümün ən sadiq oxucularımdan biri hesab etmişəm! Bəs, Mehman Əliyev, ən böyük müxalif informasiya agentliyinin rəhbəri, hansı ki, həbs olunduğu birinci gün Anar, Fərhad Bədəlbəyli və bu sətirlərin müəllifi onun müdafiəsinə qalxmışdı, niyə susur?! Yəqin belə lazımdır. Bizim ənənələrimiz belədir!”, - deyə bildirib.

Cebhe.info bu məsələ ilə bağlı bir neçə şair və yazıçıların fikrini öyrənib.

Tarixçi Əkbər Nəcəf vəhşilik olduğunu qeyd edib:

“Kitab yandımaq barbarlıqdır. Belə bir şeyə yol vermək olmaz. Birmənalı şəkildə buna etiraz edirəm. Kimin kitabını yandırıblar, önəmli deyil. Digər müasir ölkələrdə də bu kimi hallara rast gəlinir. İstənilən halda, bunu qəbul edə bilmirəm”.  

Xalq şairi Fikrət Qoca isə deyir ki, bu təkliflə hər kəs öz tərbiyəsini nümayiş etdirmiş olur:

“Anarın, Çingiz Abdullayevin fikirlərini, mövqelərini bəyənməyənlərin öz fikirləri nədir? Mənə bu maraqlıdır. Qoy öz dəstəklədikləri adamın kim olduğunu  desinlər görək, İlham Əliyevdən yaxşıdır, yoxsa yox. Amma bu cür fikirlər səsləndirmək doğru deyil. Kitabı yandırıb, boykot edənlər bir az da savadları haqqında fikirləşsinlər. Onlar özləri ilə heç vaxt məşğul olmayan adamlardır”.

Tanınmış yazar Şərif Ağayar da düşünür ki, heç bir halda kitab yandırmağa haqq qazandırmaq olmaz:

"Müəllifin nə deməyindən, nə yazmağından asılı olmayaraq bunu normal hal kimi dəyələndirmirəm. Bunu tarixdə monqollar, barbarlar və faşistlər ediblər. Hansı əsrdə yaşayırıq ki, kitab yandıraq?!”

Aytən Həsənova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений