Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Yazıçılar Birliyinin sirr kimi saxladığı siyahı: “Niyə açıqlamalıyıq ki?”



Hər il olduğu kimi cari ildə də Azərbaycan Yazıçılar Birliyinin daha 70 üzvi prezident təqüdi alacaq.

Maraqlıdır ki, təqaüd alacaq şəxslərin siyahısında kimlərin adı var? Azərbaycan Yazıçılar Birliyinin İctimiayyətlə Əlaqələr Şöbəsinin rəhbəri Xəyal Rza Cebhe.info-ya açıqlamasında siyahıdan məlumatsız olduğunu bildirib:

“Siyahı ilə tanış deyiləm. Onu deyə bilərəm ki, növbəti təqaüd alacaq şəxslər sırasında 50 yaşlı, 20 gənc şair və yazarın adı var”.

AYB sədri yazıçı Anar isə bu siyahının mediaya açıqlanmayacağını söyləyib: “Katibliyin qərarı var ki, bu siyahı açıqlanmasın. Axı niyə siyahını mətbuata verməliyik? Siyahı hələ təsdiqlənməlidir. Təsdiqləndikdən sonra baxarıq da, katiblik razı olsa mətbuata açıqlayarıq”. 

Qeyd edək ki 50 yaşlı şair və yazıçıya 300 manat, 20 gənc yazıçı və şairə 200 manat təqaüd verilir. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyi üzvlərinin sayı 2000 nəfərdən çoxdur. Xatırladaq ki Azərbaycan yazıçılarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün prezident təqaüdü 2007-ci ildən verilir. 

Nigar Məhərrəm 
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений