Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yediyimiz çörəklər bu cür daşınır – FOTOLAR



Nicat Nəsirli adlı sosial şəbəkə istifadəçisi profilində çörəyin daşındığı maşının şəkillərini paylaşaraq etiraz edib. 

Cebhe.info məlumat verir ki, istifadəçi fotoları səhər saatlarında Sumqayıt avtovağzalının yanında çəkdiyini bildirib: 

"Qaynar-qaynar alıb evə apardığımız çörək adlı neməti bir sıra əldəqayırma sexlər belə daşıyıb bizə yedizdirirlər. Sürücünün sağında yerləşən oturacağın üstünə, ayaqaltına yığılaraq daşınan bu çörəklər vərəm kimi bir çox yoluxucu xəstəliklərin mənbəyidir. Hələ üstəgəl, onu bişirənin, daşıyanın, satanın sağlamlığı haqda heç bir məlumatımız yoxdur. 

Mağazalarda çörəklərin yığıldığı rəflərə fikir verin, antisanitariya baş alıb gedir. Açıq şəkildə əldən-ələ keçərək evlərimizə yol tapan bu "zavod çörək"ləri bizi qidalandırmır, "öldürür". Amma bu işdə bizim də günahımız var. Belə hallara qarşı ictimai etirazın, qınağın olması çox vacibdir. Qablaşdırılmamış çörəkdən istifadəni azaltmaq, gigiyenik baxımdan qorunan çörəklərdən istifadəyə etmək lazımdır. Rəflərimizə yeni qablaşdırılmış, gigiyenik çörək çeşidləri daxil olub. Amma müşahidəmə görə, əhalidə açıq, özü də qaynar çörəyə maraq daha böyükdür. Axşamlar rəflərdə qablaşdırılmış çörəklər tökülüb qalır. Satıcılar da etiraf edirlər ki, açıq çörəklər daha çox alınır. Çoxu hesab edir ki, qablaşdırılmış çörək alanda çəkidə və qiymətdə itirir. Hər bir vətəndaşı bu sahədə ictimai həssaslığa çağırıram".

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений