Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yeltsinin milliyyət müəmması - Yeni faktlar ortaya çıxır



Rusiyanın mərhum prezidenti Boris Yeltsinin milli mənsubiyyəti ilə bağlı yeni iddialar gündəmə gəlib. Cebhe.info-nun məlumatına görə, bəzi tədqiqatçılar onun milliyətcə rus olduğuna şübhə edir. 

Rəsmi məlumatlara əsasən, Boris Nikolayeviç Yeltsin Sverdlovsk  vilayətində, qolçomaqlıqdan azad edilmiş kəndli ailəsində anadan olub. Onun bütün əcdadları-babası  İqnat Yeltsın, valideynləri Nikolay İqnatyeviç və anası Klavdiya Vasiliyevna belə soyad daşıyıb.  Lakin babasının soyadındakı  Yeltsin adının rus variantında “L” hərfindən sonra rus əlifbasındakı “ь” yumşaq saitinin hərfinin olmaması (“Ельцин” deyil,  “Елцын”) tarixçiləri eks-prezidentin yəhudi mənşəli olması barədə olması ehtimalıları üzərində dayanmağa vadar edib.  Həmçinin müəyyən edilib ki, XVIII əsrdə onun atasının ulu  xətti ilə “Yeltsın” soyadını daşıyan Sergey Yeltsın adlı daha bir nəfər  yaşayıb. Bütün bunlar tarixçilərə Yeltsin nəslinin bir neçə şəcərəsini öyrənməyə kömək edib.

1990-cı illərin əvvələrində Boris Nikolayeviç Yeltsinin əmisi Boris  Moiseeyeviç Yeltsinin yəhudi olması barədə nəzəriyyə meydana çıxıb.  Məhşur tarixçi  D.Panov isə Boris Nikolayeviç Yeltsinin mənşəcə yəhudi olmadığını iddia edib. O, araşdırmalar zamanı 1921-ci ildə Boris Yeltsinin soyadında yuşaq sait əlaməti ortaya çıxarıb. İş və dolanışıq arxasınca Urala köçənlərin rəsmi anketlərində mərhum dövlət başçısının babalarının da adları olub. Amma Panov siyahıyaalınma məlumatlarında  yəhudi adının olmadığını müəyyən edilib.  Yeltsinlər ailəsi burada möhkəmlənib, gələcək prezident də burada anadan olub, institutu bitirib və öz karyerasını qurmağa başlayıb. 

Yeltsinin yəhudi mənşəli olduğunu sübut etməyə çalışarkən, biografiya  müəllifləri sonradan onun qanuni həyat yoldaşı üzərində dayanıblar. Anastasiya Gigirina Boris Yeltsinlə tələbəlik illərində bir qrupda təhsil alıb.  Evdə və məktəbdə ona “Nai” deyə müraciət etdiklərindən mərhum birinci xanımın da yəhudi olması ehtimalı araşdırılıb. Lakin bu iddialar təsdiqini tapmayıb. 

Lakin o da məlumdur ki, siyasi xadimlərin barəsində bir sıra faktlar gizli saxlanılır. Amma bu, yalnız B.N.Yeltsinin babalarının repressiyaya məruz qaldığı dövrlə bağlıdır. Digər faktlar isə onun miliiyətcə rus olduğunu göstərir. 

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений