Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yeni dövlət yaradılır - Suda yerləşəcək



ABŞ sərmayədarı və iş adamı, “Pay Pal” ödəniş sisteminin həmtəsisçisi Piter Til tam suda yerləşən dünyanın ilk dövlətinin inşasına 50 milyon dollar investisiya yatıracaq.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, biznesmen tanınmış alim və arxitektorlarla əməkdaşlıqda, eləcə də Polineziya hökumətinin dəstəyi ilə sakinləri 300 iri obyektdə məskunlaşacaq minidövlət yaratmağı planlaşdırır.

Layihə üzərində işdə iştirak edən Uorvik Universitetinin alimləri hesab edir ki, süni ada dövləti “Vayron” rəqəmli valyutasına malik tam müstəqil ölkə yaratmağa imkan verəcək. Layihə günəş panelləri və yüksək tutumlu elektrik enerji anbarları kimi möhkəmliyi ilə seçilən müasir materialların və enerjiyə qənaətcil texnologiyaların tətbiqi ilə yerinə yetiriləcək.

Obyekt qoruyucu baryerlə əhatə olunan 118 adadan ibarət vahid bütöv konstruksiya şəklində olacaq. Unikal arxitektura kompleksinin tikintisi Taiti sahillərində nəzərdə tutulur.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений