Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yeni ildə pensiyalar nə qədər artacaq? - RƏSMİ CAVAB



2018-ci ildə təqaüdlər nə qədər artacaq? 

Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev Cebhe.info-nun sorğusunu cavablandırıb. 

Bildirib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan dəyişikliklər qabaqcıl dünya təcrübəsinə uyğun tam sığorta əsaslı pensiya təminatına keçidə şərait yaratmaqla, pensiya hüququnun sosial sığorta sistemində iştirak əsasında müəyyənləşməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi prinsipinin təmin edilməsinə imkan verib: 

“Bu dəyişikliklərə əsasən, əmək pensiyalarında “baza hissəsi” və “sığorta hissəsi” anlayışları da aradan qalxıb. Ona görə də əgər bu vaxta qədər hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin indeksləşdirilməsi aparılırdısa, baza hissə anlayışı aradan qalxdığından, növbəti ildən artıq əmək pensiyalarının artırılmasının yeni mexanizmi tətbiq olunacaq. Belə ki, əmək pensiyalarının bütöv məbləğinin ölkə üzrə əmək haqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin olunacaq”. 

Bu isə o deməkdir ki, 2018-ci ilin yanvar ayında Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə veriləcək məlumata uyğun şəkildə əmək pensiyalarının da həmin qədər artırılması təmin ediləcək. 2017-ci il üzrə ölkədə orta aylıq nominal əməkhaqqının artım faizi nə qədər olacaqsa (bu 2018-ci ilin yanvar ayında müəyyən olunacaq), əmək pensiyaları da indeksləşdirilərək o qədər artırılacaq.

Nigar 
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений