Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yeni sanksiyalar təxirə salındı: Dollar və avro ucuzlaşdı



ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini bir müddətlik təxirə salıb.

Cebhe.info xəbər verir ki, Tramp bu qərarı müşavirlərilə məsləhətəşmələrdən sonra verib. Xatırladaq ki, bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Halley anons etmişdi.

"Tramp müşavirlərilə məsləhətləşib, xüsusilə milli təhlükəsizliyə dair məsləhətçilərlə görüşlər keçirilib. Prezident sanksiyaların rəsmən elan edilməsindən əsəbləşib, çünki indiki halda özünü onların tətbiqinə tam əmin hiss etmir",- deyə  “Washington Post" yazıb.

Bu xəbərlə Rusiya birjalarında rublun məzənnəsində artım hiss edilməyə başlayıb. Rubl dollara nisbətən 50 qəpik bahalaşaraq 61,55-ə çatıb. Avronun məzənnəsində ucuzlaşma hiss edilib. 

Məlumat üçün bildirək ki, BMT -dəki daimi nümayəndə Nikki Haley yeni snaksiyaların dünən elan ediləcəyini bildirmişdi.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений