Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

YERƏ BÖYÜK TƏHLÜKƏ: Nəzarətsiz kosmik aparat sürətlə yaxınlaşır - Hansı ölkələrə düşə bilər?



Nəzarətsiz qalan kosmik aparat sürətlə Yerə yaxınlaşır. Avropa Kosmik Agentliyi Çinin nəzarəti itirmiş “Tiangong-1” adlı kosmik aparatının hansı nöqtələrə düşə biləcəyini təxmin edib. Siyahıda Türkiyəni də adı çəkilir. 

Cebhe.info xəbər verir ki, 2016-cı ildən etibarən nəzarətdən kənarda qalan “Tiangong-1” kosmik aparatının hansı nöqtəyə düşəcəyi təxmin edilir. Avropa Kosmik Agentliyinin (ESA) qənaətinə görə, 8.5 ton ağırlığında olan kosmik aparat yanvar-mart ayları arasında atmosferə girəcək. 

“Tiangong-1”in yavaşlama marşrutu üzrə qiymətləndirməsində riskli nöqtələr arasında İspaniya, İtaliya, Hindistan və Türkiyə kimi ölkələr göstərilir. Çin bu kosmik aparat vasitəsilə 2011-ci ildə başlayaraq  daha böyük bir kosmik baza qurmağı planlaşdırırdı. Amma 2016-cı ilin sentyabrında çinli səlahiyyətlilər həmin kosmik vasitə üzərində nəzarətin itdiyini açıqladı.

"Yalnız atmosferə girmədən çox qısa bir müddət ərzində böyük bir coğrafi bölgə üzərində riski qiymətləndirə bilərik" deyən Avropa Kosmik Agentliyinin rəsmisi Holger Kraq “Tiangong-1”i nəzərdə tutaraq, onun nəzarətə alınmadan orbitdən 300 kilometr yuxarı hərəkət etdiyini deyib. Atmosferə girişi zamanı kosmik gəmilərin böyük həcmdə yanması gözlənilir. 

Cebhe.info xatırladır ki, 2011-ci ildə fəaliyyətə başlayan “Tiangong-1” 2013-ci ildə iki illik fəaliyyətini tamamlayib. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений