Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yerevanda Paşinyana qarşı etirazlar başladı



Ermənistanda “Sasna Tsrer” qruplaşmasının tərəfdarları baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarına başlayıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Arşakunyas prospektini bağlayan etirazçılar qrupun lideri Jirayr Səfilyanın və üzvlərinin həbsdən azad olunmasını tələb edirlər.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan Serj Sarkisyanın prezidentliyi dövründə həbs olunan qrup üzvlərinin azadlığa buraxılması məsələsinə soyuq münasibət bildirib. O hətta qeyd edib ki, kimsə bunu ondan gözləyirsə, yanılır.

Paşinyanın bu açıqlamasından sonra “Sasna Tsrer”in tərəfdarları Yerevan məhkəməsinin binasını mühasirəyə alaraq yolları bağlayıblar.

Aksiyaya rəhbərlik edən Pavel Yeqiazaryan bəyan edib ki, məhkəmə müsbət qərar çıxarana qədər binanın mühasirəsini davam etdirəcəklər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений