Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yoxlama dayandı: Benzinin keyfiyyətinə kim nəzarət edir?- SÜRÜCÜLƏRİN ƏSAS PROBEMİ



Yanacağın keyfiyyəti avtomobil sahiblərinin başlıca problemlərindən biridir.

Keyfiyyət məsələsindən başqa yanacaqdoldurma məntəqələrində həm də avtomobillərin çəninə vurulan yanacağın miqdarı ilə bağlı narazılıqlar da səslənir. Qeyd edək ki, bu tipli şikayətlər xüsusilə son zamanlar daha da artıb. 

Bəs yanacaqdoldurma məntəqələrində keyfiyyətə nəzarət necə tənzimlənir? 

Cebhe.info-nun xəbərinə görə, sahibkarlıq müəssisələrində yoxlamalar dayandırıldıqdan sonra yanacaqdoldurma məntəqələrinə planlı nəzarət həyata keçirilmir, yoxlamalar aparılmır. Əvvəllər benzinin keyfiyyəti ilə bağlı şikayətlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yönəlirdi. Bu zaman Komitə şikayətlə bağlı araşdırma aparmaq səlahiyyətinə malik idi. Bir qədər əvvəl həmin Komitə ləğv olunub.

Amma bu, benzinin keyfiyyətinin tam nəzarətsiz olması demək deyil. Belə ki, hər hansı sahibkar yanacaqdoldurma məntəqəsi açarkən sertifikatlaşdırma orqanlarına öz məhsullarını təqdim edir. Sahibkarların məhsulları akkeriditasiya olunmuş sertifikatlaşdırma orqanlarından keçdikdən sonra fəaliyyətə başlayırlar. 

Xatirə 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений