Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yük maşınından həşiş çıxdı



Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə İrandan Qazaxıstana gedən yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

DGK-dan verilən məlumata görə, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin dartıcısının kabinəsinə xidməti it reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsi saxlanılıb və əsaslı yoxlanılıb.

Nəticədə, kabinənin yataq yerinin üzərində sürücüyə məxsus əl çantasının içərisindəki siqaret qutusunda xalis çəkisi 0,421 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений