Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yunusbek Yevkurov Azərbaycan prezidentini təbrik edib



Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz Azərbaycan xalqı arasında yüksək nüfuzunuzun, ölkənin hər bir sakininin rifahının yüksəlməsi məqsədilə yürütdüyünüz sosial-iqtisadi siyasəti xalqın yekdilliklə dəstəkləməsinin parlaq sübutudur. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən cansağlığı, rifah və bütün məqsədlərinizin gerçəkləşməsində uğurlar, gözəl Vətəninizə isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений